05 Mart 2024, 14:38
FUTBOL
“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniya klubu “Bayer”lə keçirəcəyi oyuna görə “Bakı Metropoliteni” QSC-yə müraciət edib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu görüşün gec saatlarda başlaması ilə əlaqədar metropolitenin iş rejimində dəyişiklik edilməsini istəyib.
Klubun müraciəti və qarşılaşmaya olan maraq nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyəcək azarkeşlərin daşınması səbəbindən metropolitenin iş rejimində dəyişiklik olub. Bakı metropoliteni oyun günü - martın 8-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçı saat 21:45-də başlayacaq.