“Bavariya” baş məşqçi məsələsini gündəmdə saxlayır. Matc.az xəbər verir ki, Münhen klubu “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə danışıq aparır. Bundesliqa çempionu mümkün təyinatı təkcə onun agentləri ilə deyil, artıq özü ilə də müzakirə edib.

“Bavariya” baş məşqçi məsələsini gündəmdə saxlayır. Matc.az xəbər verir ki, Münhen klubu “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə danışıq aparır.

Bundesliqa çempionu mümkün təyinatı təkcə onun agentləri ilə deyil, artıq özü ilə də müzakirə edib. İspaniyalı mövsümün sonunda Leverkuzen klubundan ayrılacağı təqdirdə, “Bavariya”nın sükanı arxasına keçməyə meyillidi.

Almaniya nəhəngi bu keçid üçün “Bayer”ə 15-25 milyon avro məbləğində təzminat ödəməli olacaq. Həmçinin “Liverpul” da çalışdırıcıya maraq göstərir.

Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer” mövsümün sonuna 10 tur qalmış Bundesliqanın turnir cədvəlində “Bavariya”nı 10 xal qabaqlayır. Tomas Tuxel mövsümün sonunda Münhen komandasından ayrılacağını açıqlayıb.

Qeyd edək ki, “Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq. Bu komandalar arasında ilk oyun martın 7-də Bakıda, 14-də Leverkuzendə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest