05 Mart 2024, 09:21
FUTBOL
Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsi oyununu idarə edəcək.
Belə ki, ilk matçlar çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) görüşü FİFA referisinə həvalə olunub. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmada almaniyalı Saşa Stegemann VAR hakimi olacaqsa, ona həmyerlisi Paşal Müller kömək edəcək. Matçın hakim-inspektoru isə norveçli Terje Houç olacaq.
Qeyd edək ki, martın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.