04 Mart 2024, 23:00
FUTBOL
Yarımmüdafiəçi Coşua Kimmix daha uzun müddət "Bavariya"da qala bilər.
Matc.az xəbər verir ki, klub futbolçu ilə 3 il müddətinə yeni müqavilə üzərində işləyir. Yarımmüdafiəçinin Münhen komandası ilə hazırkı sözləşməsi 2025-ci ilə qədərdir.
Qeyd edək ki, cari mövsüm almaniyalı oyunçu Bundesliqada 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.