“Bavariya” mövsümün sonu üçün baş məşqçi axtarışını davam etdirir. Matc.az xəbər verir ki, “Feyenord”un çalışdırıcısı Arne Slot da rəhbərliyin siyahısına əlavə olunub.

45 yaşlı niderlandlı mütəxəssisin təyinatı “Bayer”in baş məşqçisi Xabi Alonsodan asılıdı. Münhenlilərin ispaniyalı ilə danışıqları nəticəsiz qalsa, o zaman Slot ehtiyat variant kimi dəyərləndiriləcək. O, 2021-ci ildən “Feyenord”u çalışdırır. Slotun rəhbərliyi altında komanda 2021-22 mövsümündə ölkə çempionu olub, Konfrans Liqasının finalına yüksəlib.

Qeyd edək ki, Almaniya Bundesliqasının 24 turundan sonra “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Münhenlilər lider “Bayer”dən 10 xal geridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest