Azərbaycan millisinin məşqçilər korpusu müəyyənləşib. Matc.az xəbər verir ki, FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşlərində AFFA yığmanı oyunlara çıxaracaq heyəti açıqlayıb.

Milli martın 22-də Monqulustan, 25-də Bolqarıstanla qarşılaşacaq. Həmin matçlarda komandanın sükanı arxasında Arif Əsədov olacaq. Ona məşqçi korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev kömək edəcəklər.

Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest