Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə çempionatlarında 400 və daha çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, son olaraq Lionel Messi 500 qol vuranların siyahısına düşüb.

Argentinalı forvard “İnter Mayami”nin heyətində MLS-də “Orlando Siti” ilə görüşdə fərqlənərək buna nail olub. Bununla dünya çempionu daxili birinciliklərdə qol sayını 500-ə çatdırıb və bunu reallaşdıran 4-cü oyunçu olub.

Milli çempionatlarda 400 və daha çox qol vuranlar:

1. Kriştiano Ronaldo – 534 qol

2. Ferens Puşkaş – 516

3. Jozef Bican – 515

4. Lionel Messi – 500

5. Qyula Sengelye – 415

6. Cimmi Makqrori – 407

7. Gerd Müller – 405

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest