“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher mövsümün sonunda komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun “zadəganlar”la hələ də yeni müqavilə bağlamamasıdı.

Tərəflər arasında danışıqlar uğursuz nəticələnib. Qallaherin nümayəndələri 2025-ci ilin yayında başa çatacaq sözləşmənin uzadılması şərtləri ilə razılaşmayıb. Ancaq oyunçu özü məşqçilər korpusuna komandada əsas heyətə layiq olduğunu sübut etmək arzusundadı. Yeni müqavilədə razılıq əldə olunmasa, “Çelsi” yayda onu satmalı olacaq.

Qeyd edək ki, Konor Qallaher bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 4 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest