“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın qapıçısı Tibo Kurtua və mərkəz müdafiəçisi Eder Militaonun durumu barədə məlumat verib. Matc.az xəbər verir ki, mövsümün əvvəlində çarpaz bağları yırtıldığı üçün sıradan çıxan oyunçular yaya qədər sıraya dönə bilər.

Ançelotti onların növbəti “El Klasiko”ya yetişəcəyinə ümid edir: “Onlar martdakı beynəlxalq fasilədən sonra komanda ilə məşqə başlayacaqlar. Aprelin 14-də “Malyorka” ilə görüşdən sonra meydana qayıda bilərlər”.

Qeyd edək ki, “Malyorka” ilə görüşdən bir həftə sonra - aprelin 21-də “Real” əzəli rəqibi “Barselona”nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest