Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət Tükiyə ilə Rumıniya yığmalarının yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə Türkiyədən Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, görüş bu gün Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest