30 Dekabr 2023, 09:42
FUTBOL
“Palmeyras”ın futbolçusu Estevao Villian bir sıra Avropa klublarının transfer gündəminə düşüb. Matc.az xəbər verir ki, gənc braziliyalı ilə “Barselona”, PSJ, “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” maraqlanır.
16 yaşlı sağ cinah oyunçusu özü kataloniyalılarla anlaşmaq arzusundadı. Bununla belə, İspaniya nəhəngi 60 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazır deyil. Klubun maddi vəziyyəti buna mene olur. Həm də Villian 2025-ci ilin aprelində 18 yaşı tamam olana qədər Avropaya köçə bilməz.
Qeyd edək ki, 16 yaşlı futbolçu 2023-cü il mövsümündə Braziliya A Seriyasında 12 dəqiqə əvəzedici kimi meydana çıxaraq debüt edib.