"Liverpul"un qapıçısı Alisson və komandanın vingeri Dioqo Jota şənbə günü "Mançester Siti" ilə oyunda zədələnib.

Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp yerli mətbuata açıqlama verib: “İkisi də zədəlidir. Alissonla işlər bir az daha yaxşıdır. Ona görə də zamanla görəcəyik. Nə sabah, nə bazar günü, nə də bir həftədən sonra. Çox güman ki, bir müddət bizimlə olmayacaq. Amma bundan sonra hər şey qaydasında olmalıdır. Dioqoya bir az daha vaxt lazım olacaq. Nə qədər olduğunu dəqiq bilmirəm, amma zədəsi bir qədər ciddidir. Görək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest