Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatır. Matc.az xəbər verir ki, bu gün raundun son oyunu keçiriləcək. II Liqa təmsilçiləri “Şəfa” və “Şəmkir” Binə qəsəbə stadionunda baş tutacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Premyer Liqa iştirakçısı “Səbail”ə rəqib olacaq.
 
Qeyd edək ki, buna qədər “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanıblar.
 
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
20 noyabr (bazar ertəsi)
 
14:30. “Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest