"Mançester Yunayted"in qapıçısı Andre Onana Kamerun millisinin heyətində oyunda zədələnib.
 
Matc.az xəbər verir ki, Onana DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mavrikiya ilə duelin (3:0) 81-ci dəqiqəsində meydanda zədə alıb. Kamerun Futbol Federasiyası qapıçının qasıq nahiyəsindən zədə aldığını bildirib.
 
Qeyd olunur ki, Onana noyabrın 21-də Liviya millisinə qarşı oynamayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest