"Boka Xuniors"un müdafiəçisi Valentin Barko karyerasını Avropada davam etdirə bilər. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu "Top-5" liqalarda çıxış edən klubların maraq dairəsindədi.

Konkret olaraq "Yuventus", "Milan" və "Real"ın skautları hazırda onu izləyir. Həmçinin "Mançester Siti" və "Brayton" da Barkonun durumunu diqqətdə saxlayır.

Qeyd edək ki, Valentin Barko Argentinanın gənclər millisinin üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest