İtaliya A Seryasında ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Roma"nı çalışdıran Klaudio Ranyeri azarkeşlər arasında keçirilən sorğuda ən yaxşı seçilib.

73 yaşlı mütəxəssis 58 faiz səs toplayb. Ranyeri "Napoli"də çalışan həmkarı Antonio Konteni qabaqlayıb.

Qeyd edək ki, Klaudio Ranyeri ötən ilin noyabr ayında "Roma"nın baş məşqisi təyin olunub. Paytaxt klubu A Seriyasında 35 turdan sonra 63 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest