08 May 2025, 14:57
FUTBOL
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ruben Amorim bununla bağlı danışıb. Portuqaliyalı mütəxəssis həmyerlisini komandada saxlamaq istədiklərini bildirib:
"Bruno Fernandeş bizim kapitanımızdır. Onu komandada saxlamaq üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 50 oyunda 19 qol vurub, 18 qol ötürməsi edib. 30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.