"Aston Villa"nın qapışısı Emiliano Martines yayda komandadan ayrıla bilər.

Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, argentinalı qolkiper karyerasında yeni səhifə açmaq istəyir. Martineslə Səudiyyə Ərəbistanı klublar yaxından maraqlanır.

"Aston Villa" artıq yeni qapıçı axtarışlarına başlayb. Premyer Liqa klubu 32 yaşlı "əlcək sahibi"nin satışından əldə edilən gəlirlə yeni qapıçı ransfer edəcək.

Qeyd edək ki, Argentina millisi ilə dünya çempionu olmuş Emiliano Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest