"Yuventus" "Nyukasl"dan icarəyə götürdüyü Lloyd Kellini komandada saxlayacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritio Romano məlumat yayıb.

"Yuventus" ingiltərəli futbolçunun transfer hüququna yiələnəcək. İtaliya klubu 26 yaşlı mərkəz müdafəçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, "Yuventus" Lloyd Kellini bu ilin fevral ayında icarəyə götürüb. Təcrübəli oyunçu Turin təmsilçisinin heyətndə 13 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest