Mövsümün sonunda Dris Mertenslə yollarını ayırmağı planlaşdıran "Qalatasaray" yarımmüdafiə xəttini dünya səviyyəsində bir oyunçu ilə gücləndirmək istəyir.
Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun əsas hədəfi "Mançester Siti"də çıxış edən Bernardo Silvadır. "Sarı-qırmızılar" portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.
"Qalatasaray" rəhbərliyi İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan 30 yaşlı futbolçunu uyğun qiymətə transfer edə biləcəyinə ümid edir.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Portuqaliya millisinin üzvü ola təcrübəli futbolçu bu mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 45 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.