Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruyne Premyer Liqada qala bilər.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Liverpul" belçikalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Mersisayd təmsilçisi yayda azad agent statusunda olacaq futbolçu ilə danışıqlara başlamağa hazırlaşır.

İtaliyadan "Napoli" də De Bruynenin xidmətində maraqlıdır.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. 33 yaşlı oyunçunun klubla müqaviləsi 30 iyun tarixində başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest