"Mançester Siti" klubunun sabiq futbolçusu və prezidenti Frensis Li vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi paylaşım edib.
Bildirilib ki, Li 79 yaşında dünyasını dəyişib.
Frensis Li 1967-1974-cü illərdə "Mançester Siti"də çıxış edib, 249 oyunda 112 qol vurub. O, klubla İngiltərə Kubokunu (1969), İngiltərə Liqa Kubokunu (1970), Avropa Kubok Qalibləri Kubokunu (1970) və iki dəfə İngiltərə Superkubokunu (1968, 1972) qazanıb.
Bundan əlavə, İngiltərə millisində 27 oyun keçirib, 10 qola imza atıb. 2010-cu ildə İngiltərə Futbol Şöhrət Zalına daxil edilib.
Oyunçu karyerasını bitirdikdən sonra Li biznesmen kimi fəaliyyət göstərib. O, 1994-1998-ci illərdə "Mançester Siti"nin sahibi və prezidenti olub.