"Bavariya"nın vingeri Leroy Sane mövsümün rekorduna imza atıb. Matc.az xəbər verir ki, o, Bundesliqanın VI turunda "Leyptsiq"lə (2:2) oyunda driblinq sayına görə rekordçu olub.
Sane bir qol vurduğu görüşdə 10 uğurlu driblinqlə diqqət çəkib. Cari mövsüm heç bir oyunçu bir matçda bu statistikaya çata bilməyib. O, qarşılaşmada ümumilikdə 16 cəhd edib. Digər oyunçular bu oyunda üçdən çox uğurlu driblinq etməyiblər.
Qeyd edək ki, Leroy Sane bu mövsüm Bundesliqanın 6 oyununda 5 qol vurub.