Ukrayna prezidenti Vladimir Zelenski milli komandanın keçmiş baş məşqçisi Andrey Şevçenkonu özünə müşavir təyin edib. Matc.az xəbər verir ki, keçmiş futbolçunun bu vəzifəyə təyin edilməsi barədə sərəncam Ukrayna prezidentinin saytında yer alıb.

Şevçenkonun Zelenskinin ştatdankənar məsləhətçisi olacağı bildirilir.

Şevçenko 1994-2012-ci illərdə futbolçu olub. O, "Dinamo" (Ukrayna) , "Milan" (İtaliya) və "çelsi"də (İngiltərə) çıxış edib. Şevçenko karyerasını başa vurduqdan sonra məşqçi oldu. O, Ukrayna millisinə və İtaliyanın "Cenoa" klubuna rəhbərlik edib. Şevçenkonun rəhbərliyi altında Ukrayna millisi 2020-ci il Avropa çempionatında 1/4 finala yüksəlib. Orada ukraynalılar ingilislərə 0:4 hesabı ilə uduzublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest