Ulduz futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda VII tur çərçivəsində öz meydanında "Əl-Əhli"ni sınağa çəkib.
 
Qarşılaşma "Əl-Nəsr"in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ər-Riyadın "Əl-Əvval Park" stadionunda baş tutan görüşdə Ronaldo dubla imza atıb. 
 
Qeyd edək ki, "Əl-Nəsr" hazırda 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest