Vinçenzo Montella Türkiyə millisinin baş məşqçi postuna əsas namizəd hesab olunur.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bazar günü Stefan Kunts Türkiyə millisinin baş məşqçisi postundan qovulub. Onun rəhbərliyi altında keçirdiyi son iki matçda türklər Ermənistanla heç-heçə edib (1:1), Yaponiyaya uduzub (2:4).

Montellanın son iş yeri 2023-cü ilin iyununda qovulduğu Türkiyə Superliqa klubu "Adana Dəmirspor" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest