16 İyun 2023, 10:25
DÖYÜŞ NÖVLƏRİ
Kişilər arasında 60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov çıxış edəcək. Kəramət Hüseynovla Kamran Süleymanov 66 kq-da mübarizə aparacaq.
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri start götürür. Matc.az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 idmançısı 4 çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında 60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov çıxış edəcək. Kəramət Hüseynovla Kamran Süleymanov 66 kq-da mübarizə aparacaq.
Qadınlarda isə Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) medallar uğrunda yarışacaq.