Braziliyalı mütəxəssisin və onun köməkçisi Cordan Silvanın başa çatan müqaviləsi yenilənməyib.

Futzal üzrə 17 qat Azərbaycan çempionu "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi reallaşıb. Matc.az xəbər verir ki, Joze Alesio Da Silva ilə yollar ayrılıb.
 
Braziliyalı mütəxəssisin və onun köməkçisi Cordan Silvanın başa çatan müqaviləsi yenilənməyib.
 
Komandanın yeni çalışdırıcısı da artıq məlumdu. Bu posta Vitali Borisov təyin edilib. Ona serbiyalı Predraq Raiç və qapıçı-məşqçisi Zoran Rakiçeviç kömək edəcək. Onların hər üçü ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 41 yaşlı Vitali Borisov Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın formasını geyinib, kapitan sarğısını daşıyıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest