Messi 2021-ci ildə azad agent kimi PSJ-yə keçib. Bundan əvvəl argentinalı 4 dəfə Çempionlar Liqasının qalibi olan "Barselona"da çıxış edib.

Argentinalı Lionel Messi PSJ-ni tərk edəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Qeyd olunur ki, Messinin Paris macərası 2022/2023 mövsümünün sonunda başa çatacaq. Klub PSJ ilə iki liqa titulunu qazanan "Qızıl top"un yeddiqat qalibinə səmimi təşəkkürünü bildirib.
 
Messi 2021-ci ildə azad agent kimi PSJ-yə keçib. Bundan əvvəl argentinalı 4 dəfə çempionlar Liqasının qalibi olan "Barselona"da çıxış edib.
 
Bu mövsüm PSJ Fransa çempionatının 37 turunda 85 xal toplayıb və vaxtından əvvəl ölkə çempionu olub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest