Yay fasiləsində "Turan Tovuz"u tərk edəcək ilk əcnəbi futbolçu müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu bölgə təmsilçisində qalmayacaq.
 
ötən ilin yayında Albaniya klubu "Kastroiti"dən transfer edilən 25 yaşlı yarımmüdafiəçinin çıxışı məşqçilər korpusunun ürəyincə deyil. Orta sahə oyunçusu mövsümün əvvəlində heç də pis nəzərə çarpmırdı. Lakin getdikcə əsas heyətdəki yerini itirib.
 
Bu üzdən baş məşqçi Ayxan Abbasov həmin mövqeyə daha yaxşı əcnəbi oyunçu transferinin tərəfdarıdı. Henri ilə başa çatan müqavilə isə yenilənməyəcək. O, azad agent kimi komandanı tərk edəcək.
 
Qeyd edək ki, Henri Okebuqvu bu mövsüm Premyer Liqada 17 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest