"Barselona"nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Napoli"nin sükanı arxasına keçməyə hazırdı. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin bunun üçün tələbi var.
 
O, neapollularda illik ən azı 8 milyon avro qazanmaq istəyir. A seriyasının qalibi bir neçə məşqçi ilə danışıq aparsa da, Luis Enrike rəhbərlik üçün əsas namizəddi. Klub prezidenti Aurelio De Laurentis onun bu istəyini qarşılamağa hazırdı.
 
Qeyd edək ki, "Napoli"ni ötən mövsüm Luçano Spaletti İtaliya çempionu edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest