"Bavariya"nın müdafiəçisi Alfonso Devis cizgi film qəhrəmanını səsləndirəcək. Matc.az xəbər verir ki, kanadalı oyunçu "Hörümçək-adam: Hörümçək ayəsinə" filmindəki personajlardan birini səsləndirəcək.
 
Daha əvvəl 22 yaşlı oyunçunun "Real"ın yay transfer pəncərəsində əsas hədəfi olduğu bildirilirdi. O, 2019-cu ilin yanvarından "Bavariya"da çıxış edir. Devisin münhenlilərlə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdi.
 
Qeyd edək ki, Alfonso Devis bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest