PSJ-nin qapıçısı Canluici Donnarummanın Paris klubu ilə müqaviləsini uzatma ehtimalı yüksək qiymətləndirilir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı GFFN paylaşıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar müsbət gedir. Hər iki tərəf əməkdaşlığını davam etdirmək istəyir.

Qeyd edək ki, 26 yaşlı italiyalı qolkiperin PSJ ilə hazırkı müqaviləsi gələn yaya qədərdir.

Canluici Donnarumma 2021-ci ilin yayında "Milan"dan ayrılaraq azad agent kimi PSJ-yə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest