Ronaldonun Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttihad"la matçda (2:3) məğlubiyyətə qəzəbli reaksiyası klub rəhbərliyinin xoşuna gəlməyib.

Hücumçu Kriştiano Ronaldo müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Ronaldonun Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttihad"la matçda (2:3) məğlubiyyətə qəzəbli reaksiyası klub rəhbərliyinin xoşuna gəlməyib. Komanda son mövsümdə məqsədlərinə çata bilmədiyi üçün tərəflər gələcəyi düşünməli olacaqlar.

Xatırladaq ki, daha əvvəl "Əl-Nəsr" və Ronaldo yayda başa çatacaq müqaviləni 2 il müddətinə uzatmaq barədə razılığa gəliblər.

Ronaldonun "Əl-Nəsr"dən ayrılması üçün əlavə stimul qarşıdan gələn klublararası dünya çempionatında oynamaq istəyidir. Beynəlxalq Futbol Federasiyası da 40 yaşlı portuqaliyalını iştirakçılar arasında görmək istəyir.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest