"Real" "Ayaks"ın 19 yaşlı müdafiəçisi Jorrel Hato ilə fəal şəkildə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat paylaşıb.

Bildirilir ki, Madrid klubu niderlandlı futbolçunu həm müdafiənin sol cinahında, həm də mərkəzdə oynamaq bacarığına görə qiymətləndirir. "Real"ın Hatonu 32 yaşlı David Alabanın yerinə nəzərdən keçirdiyi vurğulanır. Müdafiəçinin özü də ispan nəhənglərinin marağından xəbərdar olsa da, bütün diqqətini "Ayaks"da oynamağa cəmləyib.

Qeyd edək ki, bu mövsüm Hato bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. 19 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest