Londonun "Arsenal" klubu "Real Sosyedad"dan ispaniyalı yarımmüdafiəçi Martin Zubimendi ilə bağlı prinsipial razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ben Yakobs sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, sövdələşmə rəsmiləşmə mərhələsindədir. Subimendinin keçmişdə fikrini dəyişdiyini nəzərə alaraq, "Arsenal"ın ehtiyatlı davrandığı qeyd edilir. Lakin hazırda futbolçu ilə tam razılıq əldə olunduğu bildirilir.

Daha əvvəl mətbuatda ispan yarımmüdafiəçi ilə "Real" və "Mançester Siti"nin də maraqlandığı xəbəri yayılmışdı.

Qeyd edək ki, bu mövsüm Zubimendi bütün turnirlərdə 44 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest