"Real" braziliyalı hücumçu Endriklə ayrılmaq fikrində deyil.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.

Bildirilir ki, ispan klubu 18 yaşlı forvardı gələcəkdə əsas hücumçuya çevrilə biləcək futbolçu kimi görür və heç bir halda onu bu yay hətta icarəyə də buraxmaq istəmirlər.

Qeyd edək ki, Endrik Madrid klubunun heyətində bütün yarışlarda 34 oyun keçirib. Əsasən əvəzedici heyətdə meydana çıxıb və bu oyunlarda 7 qol vurub, bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest