Misli Premyer Liqasında XXIV turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, ikinci oyun günündə "Səbail" "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşmada "Zirə" minimal hesablı qələbə ilə rəqibini məğlub edib. Bununla da "Səbail"in qalan turların nəticəsindən asılı olmayaraq elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest