İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haland zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola bildirib.

Mütəxəssis norveçli futbolçunun zədəsini sağaltdığını və meydana qayıtmağa hazır olduğunu açıqlayıb. Ön xətt oyunçusu sonuncu dəfə mart ayında meydana çıxıb.

Qeyd edək ki, Haland cari mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 28 matçda 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest