"Qarabağ"ın direktoru Əmrah çəlikəl və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub. 
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru dəvətə görə Rəşad Məcidə təşəkkürünü bildirib:
 
"Dəvətə görə təşəkkür edirik. "Qarabağ" klubu mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri ilə olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik".
 
Mətbuat Şurasının sədri Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib və "Qarabağ"ın uğurlarına həmişə sevindiyini vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest