"Barselona" hələ də Lionel Messiyə təklif göndərməyib. Matc.az xəbər verir ki, bu barədə PSJ-nin futbolçusu Kataloniya klubundakı keçmiş komanda yoldaşları Serxio Buskets, Jordi Alba və Serxi Robertoya özü məlumat verib.
 
"Barsa"nın oyunçuları "Espanyol"la matçın sonunda La Liqa çempionluğunu qazandığından, bir neçə günlük Parisə istirahətə yollanıb. Fransanın paytaxtında onlar argentinalı ilə görüşüb və birlikdə şam ediblər.
 
Söhbət zamanı argentinalının "Barselona"ya mümkün qayıdışı müzakirə olunub. Messi sabiq komandasının hələ də ona təklif etmədiyini cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest