Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın "Roma" klubu doğma meydanda Almaniya "Bayer"i ilə üz-üzə gəlib. "Canavarlar" ilk oyundan minimal hesabla qalib ayrılıblar.

İtaliyanın digər təmsilçisi "Yuventus" isə İspaniyanın "Sevilya" komandasını qəbul edib. Turin təmsilçisi məğlubiyyətdən son anda qurtulub.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
11 may

Roma (İtaliya) – Bayer (Almaniya) 1:0
Qol: E.Bove, 63.

Yuventus (İtaliya) – Sevilya (İspaniya) 1:1
Qol: Qatti, 90+7 – En Nesiri, 26.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest