Azərbaycanın bədii gimnastları Dünya kubokunda iştirak etmək üçün Portuqaliya yola düşüblər. Matc.az xəbər verir ki, Portimao şəhərində təşkil olunacaq "Challenge" seriyasına aid yarışda 8 idmançımız mübarizə aparacaq.
 
Yığmamızın üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest