Azərbaycanlı şahmatçı Teymur Rəcəbov FIDE reytinqində ilk "onluq"dakı mövqeyini qoruyub. Matc.az xəbər verir ki, may ayı üçün açıqlanan siyahıda qrossmeyster 10-cu yerdə qalıb.
 
Onun aktivində 2747 xal var. Digər həmyerlimiz Şəhriyar Məmmədyarov da 2738 xalla 16-cı pillədəki yerini dəyişməyib.
 
Digər kişi şahmatçılarımız Qədir Hüseynov 80-ci (2661), Rauf Məmmədov isə 97-ci (2646) pillədədi. Qədir bir pillə geriləyibsə, Rauf bir addım irəliləyişə nail olub.
 
Reytinqə yenə norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Liren Dinq (2789) üçüncüdü.
Qadın şahmatçılarımızın isə reytinqdə mövqeləri belədi: Günay Məmmədzadə - 25 (2449 xal), ülviyyə Fətəliyeva - 54 (2401), Gövhər Beydullayeva – 73 (2375), Gülnar Məmmədova – 98 (2349).
 
Qadınların reytinqinə çinli Hou İfan (2628 xal) başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest