Azərbaycan gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə təşkil olunmuş idman gimnastikası üzrə dünya kubokunda qızıl medal qazanıb. Matc.az xəbər verir ki, o, halqalar ilə hərəkətin icrasında birinci olub.
 
Azərbaycan təmsilçilərindən Nazənin Teymurova və İvan Tixonov da təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərdə uğurlu çıxış edərək finala yüksəliblər.
 
Xatırladaq ki, Qahirədəki turnir dünya kubokunun bu il keçirilən dördüncü mərhələsidir. Yarışa aprelin 30-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest