Qahirədə (Misir) Azərbaycan komandasının iştirakı ilə idman gimnastikası üzrə dünya kuboku keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Nazənin Teymurova və İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərdə uğurlu çıxış edərək finala yüksəliblər.
 
İdman gimnastikası üzrə yığma komandamızın digər üzvü Nikita Simonov da halqalar ilə hərəkətlərin icrasında finala vəsiqə əldə edib. 
 
Qeyd edək ki, Qahirədəki turnir dünya kubokunun bu il keçirilən dördüncü mərhələsidir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest