Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının "Europe youth series" turnirinin gümüş mükafatını qazanıb.
 
Matc.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahibinin digər kollektivini 5:0 hesabı ilə üstələyib.
 
Finalda isə çexiya seçməsinə 1:5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikici pilləsində qərarlaşıblar.
 
Qeyd edək ki, Osiyekdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest