"Sabah" və "Dinamo" (Zaqreb) klubları arasında əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutub.

Matc.az xəbər verir ki, Zaqreb təmsilçisinin U-19 komandasının baş məşqçisi İvan Senzen ilə akademiyanın məşqçiləri arasında görüş keçirilib. Onlayn şəkildə keçirilən görüş zamanı Senzen məşqçilərlə öz təcrübəsini bölüşüb, "Dinamo"nun aşağı yaş qruplarında keçirilən fiziki məşqlərin metodikası barədə məlumat verib. Daha sonra akademiyanın məşqçiləri İvan Senzenə onlara maraqlı olan sualları ünvanlayıblar.

Növbəti görüşün "Dinamo" (Zaqreb) Futbol Akademiyasında keçirilən taktiki məşqlər barədə olması nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest