Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
 
Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
 
Qeyd edək ki, yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.
 
A qrupu: Malta, Andorra, Hindistan
 
B qrupu: Kipr, Moldova, Avstraliya
 
C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala
 
D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest