"Napoli" UEFA çempionlar Liqasının 1/8 finalında "Ayntraxt"ı 2:0 hesabıyla məğlub edib. Matc.az xəbər verir ki, bu qarşılaşma gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.
 
22 yaşlı hücumçu neapolluların ikinci qolunun məhsuldar ötürmə müəllifi olub. Bununla da, o, "Napoli"nin heyətində qitənin bir nömrəli klub turnirində 4 ötürmə edən ilk futbolçu kimi tarixə düşüb.
 
"Napoli" - "Ayntraxt" cütünün cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest